Koronavirusun itlərdən insanlara keçən növü aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, COVID-19-un yeni növü Malaziyada qeydə alınıb.
Elm adamları yeni virusa CCoV-HuPn-2018 adını verib. Tədqiqatlar zamanı 2017-2018-ci illərdə pnevmoniya səbəbilə xəstəxanaya yerləşdirilən 301 xəstənin 8-də virusun yeni növü aşkarlanıb.
Xəstələrdən RT-PCR testi götürülüb. Xəstələrin əksəriyyəti evdən heyvan saxlayan və çöl heyvanları ilə tez-tez təmasda olan uşaqlardır.
Tədqiqatçılar hesab edirlər ki, CCoV-HuPn virusu 2018-ci ildə yayılan xəstəliyin mutasiyası olarsa, elm tərəfindən qeydə alınan 8-ci koronavirus növü olacaq.