Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu (ARTPİ) bir sıra vakant vəzifələrin tutulması üçün müsabiqə elan edib.
İnstitutdan Teleqraf.com-a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyənlər 20 noyabra qədər nəzərdə tutulan sənədləri ARTPİ-yə təqdim etməlidirlər.
Müsabiqədə yeni pedaqoji texnologiyalardan istifadə etməyi bacaran, təhsil siyasəti, təhsilin müasir tendensiyaları və təhsilin məzmunu ilə bağlı biliklərə, nəzəri və tətbiqi tədqiqatlar üzrə təcrübəyə, xarici dillər və İKT bacarıqlarına malik olan şəxslərə üstünlük verilir.
Vakant yerlərin siyahısı aşağıdakı kimidir:
1. Katiblik üzrə:
Aparıcı elmi işçi – 1 yer
Böyük elmi işçi – 1 yer
2. Məktəbəqədər təhsilin kurikulumu şöbəsi:
Şöbə müdiri – 1 yer
Baş elmi işçi – 1 yer
Elmi işçi - 2 yer
3. Ümumi təhsilin və məktəbdənkənar təhsilin kurikulumu şöbəsi:
Şöbə müdiri – 1 yer
Baş elmi işçi – 5 yer
Aparıcı elmi işçi - 10 yer
Böyük elmi işçi – 8 yer
Elmi işçi - 2 yer
4. Peşə ixtisas təhsili şöbəsi:
Şöbə müdiri – 1 yer
Baş elmi işçi – 1 yer
Aparıcı elmi işçi - 4 yer
Böyük elmi işçi – 4 yer
Elmi işçi - 2 yer
5. Əlavə təhsilin kurikulumu şöbəsi:
Şöbə müdiri – 1 yer
Aparıcı elmi işçi – 2 yer
Elmi işçi - 1 yer
6. İnklüziv təhsilin kurikulumu şöbəsi:
Şöbə müdiri – 1 yer
Aparıcı elmi işçi - 1 yer
Böyük elmi işçi - 2 yer
7. Müəllim hazırlığının kurikulumu şöbəsi:
Şöbə müdiri – 1 yer
Baş elmi işçi – 1 yer
Aparıcı elmi işçi - 2 yer
Böyük elmi işçi - 1 yer
8. Təhsil nəzəriyyəsi şöbəsi:
Şöbə müdiri – 1 yer
Baş elmi işçi – 2 yer
Aparıcı elmi işçi – 2 yer
Aparıcı elmi işçi (0,5 ş/v) - 2 yer
Böyük elmi işçi - 1 yer
9. Təhsilin idarəolunması və iqtisadiyyatı şöbəsi:
Şöbə müdiri – 1 yer
Baş elmi işçi – 1 yer
Aparıcı elmi işçi - 2 yer
Böyük elmi işçi - 2 yer
Elmi işçi - 1 yer
10. Monitorinq və qiymətləndirmə şöbəsi:
Şöbə müdiri – 1 yer
Baş elmi işçi – 3 yer
Aparıcı elmi işçi - 4 yer
Böyük elmi işçi – 5 yer
Elmi işçi – 3 yer
11. Dərslik və dərs vəsaitlərinin metodologiyası şöbəsi:
Şöbə müdiri –1 yer
Baş elmi işçi – 1 yer
Aparıcı elmi işçi - 2 yer
Böyük elmi işçi - 1 yer
Elmi işçi - 1 yer
12. Elmi pedaqoji kadrların hazırlığı şöbəsi:
Baş elmi işçi – 1 yer
Aparıcı elmi işçi - 1 yer
13. Təhsil üzrə elmi tədqiqatların əlaqələndirilməsi şöbəsi:
Baş elmi işçi – 1 yer
Aparıcı elmi işçi - 2 yer
14. Psixologiya və yaş fiziologiyası şöbəsi:
Şöbə müdiri – 1 yer
Baş elmi işçi – 1 yer
Aparıcı elmi işçi - 2 yer
Elmi işçi - 1 yer
15. İstedadlı uşaqlarla iş şöbəsi:
Şöbə müdiri – 1 yer
Baş elmi işçi – 1 yer
Aparıcı elmi işçi - 1 yer
16. Kitabxana:
Aparıcı elmi işçi - 1 yer
Böyük elmi işçi - 1 yer