8-11 noyabr 2014-cü il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində XXXIII Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.
Teleqraf.com xəbər verir ki, builki sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin, "Hədəf Nəşrlər Evi", "Qələm" və "Altun kitab" nəşriyyatlarının əməkdaşlarından ibarət heyət təmsil edəcək.
Azərbaycan stendində dövlətçilik tariximiz, Qarabağ həqiqətləri, zəngin mədəniyyət və incəsənətimizə dair 400 addan çox, 800 nüsxəyə yaxın Azərbaycan, türk, ingilis, alman, fransız və rus dillərində nəfis tərtibatlı nəşr məhsulları - kitablar, turizm haqqında müxtəlif bukletlər, eyni zamanda 2015-ci ildə Bakıda keçiriləcək İlk Avropa Oyunları ilə bağlı nəşrlər yerləşdiriləcək, ölkəmizin ev sahibliyi edəcəyi beynəlxalq tədbir haqqında dolğun informasiyaların əks olunduğu broşür və bukletlər təqdim olunacaq.
İLHAMƏ