10 İyun 2021 12:49
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbrayıl rayon Məhkəməsinin sədri vəfat edib.

Teleqraf.com xəbər verir ki, Mehman Nuriyev uzun sürən xəstəlikdən sonra 63 yaşında dünyasını dəyişib.

O, Biləsuvar rayonu ərazisində yerləşən qəbiristanlıqda dəfn edilib.

Qeyd edək ki, Mehman Nuriyev 1958-ci ildə Biləsuvar rayonunda anadan olub.

O, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib və həmin ildən də prokurorluq və məhkəmə orqanlarında müxtəlif vəzifələrdə işləyib.

Mehman Nuriyev 2020-ci ildən Cəbrayıl rayon Məhkəməsinin sədri vəzifəsində çalışırdı.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər