İqtisadiyyat naziri Mikayıl Cabbarov şəhid ailələrinin və qazilərimizin işlə təminatı ilə bağlı sahibkarlara çağırış edib.
Teleqraf.com xəbər verir ki, nazirin bununla bağlı "Twitter" paylaşımında deyilir:
"Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı nəticəsində Azərbaycan böyük Zəfər qazandı. Hazırda Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərimizin işlə təminatına dəstək məqsədilə Məşğulluq Marafonu keçirilir. Sahibkarları, biznes ictimaiyyətini və işəgötürənləri bu humanist təşəbbüsdə fəal iştiraka çağırıram".