26 İyul 2021 17:41
426
12 Punto 14 Punto 16 Punto 18 Punto

​​​​​Azərbaycanda ölkə üzrə tədris və repetitor xidmətləri göstərən hər kəsdən COVID-19 pasportu tələb olunacaq.

Teleqraf.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi dəyişiklikdə öz əksini tapıb.

Belə ki, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimində 2021-ci il 1 sentyabr tarixindən etibarən tədris və repetitor xidmətləri göstərənlərin peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər