Mən abituriyentin 700 bal toplamasını təhsil keyfiyyəti hesab etmirəm.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib:
"Elmi təhlil kifayət qədər ciddi məsələdir. Biz elmə inanmalıyıq. Bu il həm magistratura, həm də bakalavr sahəsində təhsil palanlarının 90 faiz dolması kifayət qədər yüksək göstəricidir. Məndə olan məlumata görə, bəzi fənlərdə nəticələr yüksəkdir, aşağı deyil. Ümumi qəbul nəticələri ilə bağlı qəbul prosesi bitdikdən sonra statistika aparılacaq"