8 Noyabr – Vətən müharibəsində qazandığımız qələbənin birinci ildönümü Astarada təntənəli şəkildə qeyd olunub.
Əvvəlcə tarixi zəfərin qazanılmasında qəhrəmancasına şəhid olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə Astara Rayon İcra Hakimiyyətinin rəhbər heyəti, Milli Məclisin deputatı Rəşad Mahmudov, şəhid ailələri, qazilər, eləcə də, rayon ictaimaiyyətinin nümayəndələri iştirak ediblər.
Zəfər bayramında Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı tarixi qələbədən, əldə etdiyimiz tarixi zəfərdən danışıldı. Bildirildi ki, ötən ilin sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.
Qeyd edildi ki, bu qələbəyə məhz Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında, şəhidlərimizin, qazilərimizin müqəddəs qanı və canı bahasına, o cümlədən bütün Azərbaycan Xalqının həmrəyliyi sayəsində nail olduq.
Həmçinin bildirildi ki, 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi