"Elektron sistemdə qiymətləndirmə zamanı səhv ola bilər. Əlillik qiymətləndirilərkən əyani komissiyalarda isə səhv ola bilməz".
Teleqraf.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri ilə təminatı sahəsində aparılan işlərə dair mətbuat konfransında deyib.
O bildirib ki, qazilərə əlillik dərəcəsi təyin olunarkən onlar növbədənkənar qəbul olunur: "Qazilər hərbi həkimlər tərəfindən müayinə olunur. Əgər qazilər əlillik dərəcəsindən yenə də narazı qalarsa, təkrar komissiyadan keçirilirlər".