30 Noyabr 2021 20:13
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Helikopterin pilotu – polkovnik Füzuli Cavadov ağır şəraitdə uçuşlara yüksək hazırlıqlı, uçuş imkanı və icazəsi olan pilotlarımızdan biridir. O, hələ Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. Helikopter demək olar ki, yenidir və qısa müddət əvvəl onda təmir işləri aparılıb".

Teleqraf.com xəbər ki, bu fikirləri Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

DSX rəisi hadisə ilə əlaqədar ilkin müayinə işlərinin aparıldığını və "qara qutu"nun tapıldığını da vurğulayaraq bildirib: “Hazırda "qara qutu"nun müvafiq hissələri Baş Prokurorluqdadır. Baş Prokurorluq tərəfindən dərin təhlil işləri aparıldıqdan sonra acaq və hadisənin başvermə səbəbi daha da dəqiqləşdiriləcək. Hazırda hadisənin başvermə səbəbi haqqında dəqiq söz demək mümkün deyil. Ancaq onu deyə bilərik ki, hansısa kənar təsirdən söhbət gedə bilməz”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər