Valideyn-müəllim assosiasiyası Təhsil Nazirliyinin tabeliyində deyil.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, valideynlər bu ictimai birliklərə könüllü şəkildə qoşulurlar: "Hər bir valideynin QHT yaratmaq hüququ var. Bu ictimai birliklər təhsil üçün yararlıdır. Lakin bunlar Təhsil Nazirliyinə tabe deyil. Biz bu işə qarışmırıq. Orada üzvlük haqqı da ola bilər. Əgər kimsə o təşkilata üzv deyilsə, övladının dərsə buraxılmaması kimi bir qayda yoxdur. Çünki orta məktəb təhsili dövlət hesabınadır və icbaridir"