Şəhid anaları başımızın tacıdır. Nə desələr, hətta haqsız da olsalar, yenə də gözümüzün nurudurlar, başımız-gözümüz üstdə yerləri var. Amma... Onları o cür danışdırıb yaymaq, məsuliyyətsizcəsinə müqəddəs duyğular üzərindən ucuz tiraj toplamaq, ya da elə görüntü yaratmaq təxribatdır, milli təhlükəsizliyimizə təhdiddir, şəhidlərimizin ruhuna hörmətsizlikdir.
Axar.az xəbər verir ki, bu sözləri “Teleqraf” Media Qrupunun rəhbəri, əməkdar jurnalist Aynur Camalqızı şəhid generalımız Polad Həşimovun adından sui-istifadə edən bəzilərinin yaydığı video haqda qeyd edib.
“Şəhidlərimiz də, onların ailə üzvləri də toxunulmazdır və heç kimsə, heç bir qüvvə onların saflıqlarından, ağrılarından, yaralarından öz çirkin siyasi məqsədləri üçün istifadə etməməlidir. Edənlər cəzalandırılmalı, o yaydıqları internetdən yığışdırılmalıdır. Media, azad söz bu deyil, bu olmamalıdır...”