19 Noyabr 2014 13:47
1 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

18 noyabr 2014-cü il tarixdə, saat 15:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında respublikanın ümumtəhsil məktəblərinin I-IV siniflərində istifadədə olan “Riyaziyyat” dərslik komplektlərinin (əsasən 2-ci sinif "Riyaziyyat" dərslik komplekti) elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilib.

Teleqraf.com xəbər verir ki, gündəlik məsələ dərslik komplektlərinin məzmun, dil və üslub, bədii tərtibat, dizayn, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirəsi olub.
Seminar “Dərslik portalı”nda canlı yayımlanıb (https://www.youtube.com/watch?v=HMScYfgESd0).

Seminarda Bakı şəhərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər. TQDK-nın regional bölmələri ilə internet vasitəsilə "Skype" əlaqəsi yaradılıb.

Həmçinin müzakirədə dərslik komplektinin həmmüəllifi Nayma Qəhrəmanova, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı Günel Seyidova iştirak ediblər.

Növbəti seminarda (25 noyabr 2014-cü il tarixdə, saat 15:00-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28; Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) ümumtəhsil məktəblərinin I-IV siniflərində istifadədə olan "Riyaziyyat" dərslik komplektlərinin (3-cü sinif "Riyaziyyat" dərslik komplekti) müzakirəsi aparılacaq.

NİGAR


Müəllif: