Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva vəzifəsindən ayrılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə G.Orucəliyeva özünün "Facebook" profilində yazıb.
O, bundan sonrakı fəaliyyətini BDU-nun tarixi muzeyinin müdiri və Jurnalistika fakültəsinin müəllimi kimi davam etdirəcəyini qeyd edib.