10 Fevral 2022 09:56
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədovun apellyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində hakimi Ruhiyyə Əsgərovanın sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.

Rasim Məmmədovun vəkili tərəfindən verilən apellyasiya şikayətinin təmin edilməyib.

Rəsmi məlumata əsasən, Rasim Məmmədov 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən “Azmetal” MMC-yə gələrək heç bir əsaslı səbəb olmadan oranın direktor müavini Ramiz Hüseynovun ünvanına nalayiq söyüşlər söyüb çölə çıxmasını tələb edib.

Ramiz Hüseynov həyətə düşdükdən sonra Rasim Məmmədov təkrar olaraq onun ünvanına nalayiq ifadələr işlədib və əlindəki mobil telefonla MMC-nin anbardarı Sabir İsmayılovun baş nahiyəsinə 3 dəfə zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edib.

Faktla əlaqədar Sumqayıt şəhər Polis İdarəsində müvafiq araşdırma aparılıb.

Araşdırmanın nəticəsinə uyğun olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Fevralın 3-də Rasim Məmmədov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılıb.

Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər