11 Fevral 2022 12:59
391
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu ilin yanvar ayı ərzində “Azəriqaz” İB üzrə işçilərə 139 intizam tənbehi verilib”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Birlik direktoru qeyd edib ki, intizam tənbehinin 57-si mühəndis və texniki işçilərə, 82 isə fəhlə heyətinə verilib: “İntizam tənbehlərindən 74-ü töhmət, 42-si sonuncu xəbərdarlıqla şiddətli töhmət, 22-si aylıq əməkhaqqının dörddə bir məbləğində tutulma, bir nəfər isə işdən azad olunub”.

Ruslan Əliyev bildirib ki, hesabat dövründə qeyri-qanuni istifadə və qaz sayğacına müdaxilələrinin ümumi sayı 1747 olub: “Bunlardan 59-u qeyri-əhali, qalanları isə əhali sektoru üzrə olub”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər