Həkimlər müəyyən ediblər ki, qrip və SARS-CoV-2 ilə eyni vaxtda yoluxma COVID-19-un ağır formalarının inkişaf şansını təxminən dörd dəfə, ölüm riskini təxminən 2,4 dəfə artırır.
Teleqraf.com xəbər verir ki, bu barədə Edinburq Universitetinin mətbuat xidməti Lancet jurnalındakı məqaləyə istinadən məlumat verib.
"Müşahidələrimiz göstərir ki, koronavirus və qrip virusunun birləşməsi insan sağlamlığı üçün xüsusilə təhlükəlidir. Dünyanın əksər ölkələri məhdudlaşdırıcı tədbirləri ləğv etdikdən sonra bu problem xüsusilə kəskinləşəcək. Bu səbəbdən maksimum sayda insanın hər iki infeksiyaya qarşı peyvənd olunması son dərəcə vacibdir”, - Liverpul Universitetinin professoru Kalum Semple bildirib./Trend/