İtaliyanın Baş prokuroru Ciovanni Salvinin dəvəti ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Palermo şəhərinə işgüzar səfərə edib.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Səfər zamanı Kamran Əliyev Avropa Prokurorlarının Məşvərətçi Şurasının, İtalyanın Ədliyyə və Xarici İşlər Nazirliklərinin Avropa Şurası ilə birgə təşkil olunan Avropa Prokurorları Konfransında iştirak edəcək.
Konfrans çərçivəsində bir sıra xarici dövlətlərin baş prokurorları və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.