13 May 2022 10:18
411
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azəriqaz” İB yanında İctimai Şuranın üzvləri mayın 18-də Ağsu Regional qaz istismarı İdarəsinə monitorinq səfəri edəcək, istehlakçılarla görüşəcəklər.

Bu barədə Teleqraf.com-a Birlikdən məlumat verilib.

Ağsu, Göyçay, Şamaxı, İsmayıllı, Kürdəmir, Qobustan və Ucar rayonlarından olan istehlakçılar (abonentlər) görüşdə iştirak etmək, problemləri ifadə etmək üçün Ağsu rayonu Qaraqaşlı kəndində yerləşən Ağsu Regional qaz istismarı İdarəsinin inzibati binasına saat 11:00-da yaxınlaşa bilərlər.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər