13 May 2022 11:52
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi mayın 15-də keçiriləcək “Bakı Marafonu-2022” ilə bağlı avtomobil sahiblərinə, sürücülərə və paytaxt sakinlərinə müraciət edib.

Bu barədə Teleqraf.com-a idarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Belə ki, 2022-ci il mayın 15-də saat 10:00-dan paytaxtın Bayraq Meydanından marafona start veriləcək. “Küləyə qalib gəl” şüarı altında 10 mindən çox iştirakçı 21 kilometrədək yürüş edəcəklər. Yürüş zamanı təhlükəsizliyi təmin etmək məqsədilə tədbir tam başa çatanadək qeyd olunan marşrut üzrə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.

Yürüş Bayraq Meydanından, Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz vağzalınadək, daha sonra Azadlıq Meydanı, Neftçilər və 8 Noyabr prospektləri ilə Ağ şəhər Bulvar yolu, eləcə də Ağ şəhər dairəsi yəni, Xəqani Rüstəmov küçəsi ilə geriyə, Hərbi Qənimətlər Parkı yanından keçərək, Yusif Səfərov-A.Cəlilov küçələrinin kəsişməsindən Cavanşir körpüsü, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Z.Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft dairəsi, Bayıl qəsəbəsi istiqamətinə, Bibiheybət yolu ilə, Su İdman Sarayı ətrafından Bulvar ərazisi ilə, “Bakı Kristal Zalı” yanından Bayraq Meydanına finiş nəzərdə tutulub.

Keçirilən tədbirin əhəmiyyətini, iştirakçıların rahat, və fasiləsiz yürüşünün təşkil edilməsi məqsədi ilə, xahiş edilir ki, bu istiqamətlərə doğru bütün növ nəqliyyat vasitələrinin hərəkətinin mümkünsüzlüyünü nəzərə alıb, alternativ variantlara əvvəlcədən üstünlük versinlər".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər