27 Noyabr 2014 17:06
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda müşahidə edilən dumanlı hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir etməyib.

Bunu Teleqraf.com-a "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) deyiblər.

AZAL-dan bildiriblər ki, aviareyslərin yola salınması ştat rejimində həyata keçirilir, lakin Məşhəd və Naxçıvana iki reys ləğv edilib ki, bu da hava şəraiti ilə əlaqədardır.

QSC-dən qeyd ediblər ki, Kiyevdən aviareys də yubanır. AZAL-dan bunun hava şəraitinin pisləşməsi ilə əlaqədar olduğunu istisna etməyiblər: "Kiyevdən yola düşən reys yubanır və Bakıya saat 17:30-da çatacaq".

Qeyd edək ki, sinoptiklər noyabr ayının sonunadək ölkə ərazisində qeyri-sabit, yağmurlu hava şəraiti hökm sürəcəyini, qar və sulu qar yağacağını, Bakıda və Abşeron yarımadasında isə buludlu hava şəraitinin üstünlük təşkil edəcəyini, arabir yağıntılı olacağını bildiriblər.


Müəllif:

Oxşar xəbərlər