Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qrumlar Üzrə Dövlət Komitəsiininin birgə təşkilatçılığı ilə “Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik” mövzusunda konfrans keçirilir.
Konfransda çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, bu mövzu olduqca aktualdır. Onun sözlərinə görə milli-mənəvi dəyərlər, habelə ailə dəyərlərinə daimi diqqət olmalıdır:
“Əgər qloballaşma deyilən təsirlərdən geri çəkiləcəyiksə, aşınma olacaq. Ənənə üzərində qurulmayan müasirlik davamlı ola bilmız. Müqasirləşmək lazımdır, amma ailə dəyərlərni unutmaq olmaz. Azərbaycanın da bu sahədə uğurları göz qarşısındadır. Biz ailə dəyərlərimizi qorumaq, gələləcək nəsillərə ötürmək üçün əlimizdən gələni etməliyik. Bu proseslərdə fasilələrə yol verəcəyiksə, təzyiqlər davam edərsə, qlobalaşma deyilən böyük anlamda əlbəttə aşınmalar olacaq. O zaman bu problemlər davam edəcək. Azərbaycan cəmiyyətində bizim hər zaman qürurla danışdığımız məsələlərdən biri milli-mənəvi ailə dəyərləridir. Xalqımız qarşısına qoyduğu hədəflərə inamla gedir. Ənənə üzərində qurulmayan müasirlik heç bir nəticə verə bilməz. Keçmişimizin üzərində müasirləşmək olar. Bəli, biz bu gün ciddi təsirlər qarşısındayıq həm siyasi, həm iqtisadi həm də sosial. Bu hər xalqın müqavimət gücündən asılıdır ki, təsirlərə davam gətirsin”.
Onun sözlərinə görə, ailə dəyərləri ilə bağlı telekenallarda da verilişlər hazırlanmalı, bu sahədə maariflənmə işi aparılmalıdır.
İlhamə