4 İyul 2022 19:36
326
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bəzi kütləvi informasiya vasitələrində Türkiyənin "Öztek Tekstil Terbiye A.Ş." şirkəti tərəfindən İstanbul məhkəməsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı guya borc iddiası qaldırılması ilə bağlı yalan məlumatlar yayılıb".

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən bildirilib.

"Bildiririk ki, Müdafiə Nazirliyi adı çəkilən şirkətlə hər hansı alqı-satqı müqaviləsi bağlamayıb. Nazirliyə qarşı guya məhkəmə iddiası qaldırılması ilə bağlı milliyyəti bəlli olmayan şəxslər tərəfindən yayılan məlumatın isə heç bir real əsası yoxdur, yalandır və dezinformasiya xarakteri daşıyır. Bu kimi yalan məlumatlarla Müdafiə Nazirliyinin fəaliyyətinə kölgə salınmağa çalışılır", MN-in məlumatında deyilir.


Müəllif: Teleqraf.com