13 İyul 2022 15:50
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı Metropoliteni” QSC gediş haqqına yenidən baxılması barədə aidiyyəti qurumlara, o cümlədən Tarif (Qiymət) Şurasına müraciət ünvanlamayıb.

Teleqraf.com xəbər verir ki, metroda gediş haqlarının artırılması ehtimalı ilə bağlı səhmdar cəmiyyətindən bildirilib.

"Metropoliten gediş haqqını tənzimləmir və belə bir səlahiyyəti yoxdur. Bu məsələ Tarif Şurasının səlahiyyətinə daxildir. Səhmdar cəmiyyəti yalnız aidiyyəti dövlət strukturları qarşısında dövrü hesabatlar, o cümlədən maliyyə hesabatını təqdim edir", - deyə açıqlamada qeyd olunub.


Müəllif: Teleqraf.com