3 Dekabr 2014 12:34
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin keçirdiyi iclasın yekununda qarşıdan gələn dövr üçün elm və texnologiya üzrə əməkdaşlıq sahəsində 4 illik Fəaliyyət Planı, Bəyannamə və digər müvafiq sənədlər qəbul edilib.


Teleqraf.com xəbər verir ki, Fəaliyyət Planında ikitərəfli əməkdaşlığın gücləndirilməsi, innovasiyalar, tədqiqat infrastrukturu, kadr potensialına, xüsusilə də gənc tədqiqatçılara olan diqqətin artırılması, yay məktəblərinin təşkili, informasiya mübadiləsi, beynəlxalq çərçivə proqramlarında fəal iştirak, layihələr fondunu reabilitasiyası və digər mühüm məsələlər öz əksini tapıb.

Qeyd edək ki, Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun sədrlik etdiyi iclasın işində QDİƏT-ə üzv olan Azərbaycan, Bolqarıstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və Yunanıstandan olan yüksək səviyyəli nümayəndə heyətləri iştirak edir.

İLHAMƏ


Müəllif: