24 Avqust 2022 14:23
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistan dövlətinin Laçın şəhəri ilə bağlı şikayətini təmin etməyib".

Teleqraf.com xəbər verir ki, bunu Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov deyib.

"Şikayətdə qeyd edilib ki, Azərbaycan Laçın şəhərində yaşayan erməniləri oradan qovmasın və belə bir ultimatumla çıxış etməyək. Əlbəttə, aydındır ki, qanunsuz məskunlaşmış insanlar orada qalmayacaqlar. Əgər sən Laçında qanuni yaşayırsansa, onda nədən qorxursan? Demək orada qanunsuz yaşayırsan ki, qaçırsan da. Bu da aydın məsələdir. Avropa Məhkəməsi onların şikayətini rədd edib", - Ali Məhkəmənin sədr müavini vurğulayıb.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər