İmişli, Biləsuvar rayonlarında məcburi köçkünlərin kompakt yaşadığı 11 qəsəbənin və Saatlı rayonu üzrə Məzrəli kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Teleqraf.com-a SOCAR “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli Magistral Qaz Kəmərinin korroziyaya uğramış hissənin dəyişdirilməsi, 2 ədəd futlyarların quraşdırılması və kəmərin müvafiq hissəsində yaranmış qaz sızmasının ləğvi ilə bağlı, sentyabrın 7-də təmir işlərinin görülməsi planlaşdırılır.
Təmir işləri aparılan müddətdə saat 08:30-dan İmişli rayonunun (tam olaraq), Cəbrayıl rayonundan məcburi köçkün düşmüş sakinlərin Biləsuvar rayonu ərazində kompakt yaşadığı 11 qəsəbənin, Saatlı rayonu üzrə Məzrəli kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.