Xətai rayonu Seyid Əzim Şirvani küçəsi 23/19 “Xətai 17” MMC-yə məxsus çoxmərtəbəli binada lift qırılıb.
Bu barədə Teleqraf.com-a bina sakinləri məlumat verib.
Sakinlərin sözlərinə görə, hadisə baş verən zaman xoşbəxtlikdən liftdə heç kim olmayıb.
Mənzil sahibləri deyir ki, liftin deformasiyaya uğraması ilə bağlı dəfələrlə MTK-a rəhbəri Venera Rüstəmovaya müraciət ediblər: “8 ildir ki, hər gün liftin təcili dəyişməsi ilə bağlı MTK-ya müraciətlər etmişik. Cavabları belə olub, “dəyişdirmirəm, xoşunuz gəlmir satın, gedin”.
16 mərtəbəli, üç bloklu binada təxminən 1000 nəfər yaşayır. Hər blokda 240 mənzil var. Çoxu körpə uşaqlardır. Aidiyyəti qurumlardan xahiş edirik ki, körpə uşaqların həyatını xilas etsin”.