Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli fəaliyyət Planı”na uyğun olaraq “Açıq qapı” günü keçirilməsini nəzərdə tutur.
Komitədən Teleqraf.com-a bildirilib ki, tədbir çərçivəsində ailə, qadın və uşaq məsələləri üzrə vətəndaşların təklif və rəylərinin qəbulu, müzakirələrin təşkili, vətəndaşları maraqlandıran sualların cavablandırılması planlaşdırılır.