5 Oktyabr 2022 10:10
288
12 Punto 14 Punto 16 Punto 18 Punto

Medianın İnkişafı Agentliyində (MEDİA) Demirören İnformasiya Agentliyinin (DHA) rəhbər heyəti ilə görüş baş tutub.

Teleqraf.com xəbər verir ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, DHA-nın baş direktoru Celal Korkut, Təhsil Layihələri qrupunun direktoru Nuran Çakmakçı, İnsan Resursları qrupunun rəhbəri Elif Karacaoğlu və Trend Beynəlxalq İnformasiya Agentliyinin direktoru İlqar Hüseynov iştirak ediblər.

Medianın İnkişafı Agentliyin icraçı direktoru Əhməd İsmayılov türkiyəli həmkarlarını Azərbaycanda media sahəsinin inkişafı üçün atılan addımlar, çap mediası və xəbər saytlarına dəstək proqramları, eləcə də digər təşəbbüslər barədə məlumatlandırıb.

Görüş zamanı Təhsil Layihələri Qrupunun Direktoru Nuran Çakmakçı, İnsan Resursları qrupunun rəhbəri Elif Karacaoğlu Türkiyədə yaradılan Demirören media peşə və texnologiya liseyi layihəsi haqqında da məlumat verib.


Müəllif: Teleqraf.com