“Elmlər Akademiyası”ının yeni çıxışı bərpa olunmaq üzrədir
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun tələbələrin universitetə gediş-gəlişi üçün verdiyi vəd özünü ləngitmədi. Rektor bildirmişdi ki, metronun "Elmlər Akademiyası" stansiyasının yeni çıxışlarından biri Bakı Dövlət Universitetinin qarşısında olacaq.
Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin Teleqraf.com-a verdiyi məlumata görə, Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının tikintisi ilə əlaqədar Bakı Dövlət Universiteti (BDU) istiqamətindəki bağlanmış yolların yaxın bir neçə gündən sonra açılması planlaşdırılır.
İkinci çıxışın tamamlanması ilə əlaqədar Bəxtiyar Vahabzadə (keçmiş Firudin Ağayev) və Zahid Xəlilov küçələrinin bu ilin sonuna kimi, yəni Yeni il bayramı ərəfəsində açılması və orada nəqliyyatın və piyadaların hərəkətinin bərpa olunması nəzərdə tutulur.
Qeyd edək ki, sözügedən ərazi 2012-ci ildən nəqliyyatın hərəkəti üçün qapanıb.
Onu da bildirək ki, Abel Məhərrəmov bildirmişdi ki, BDU-nun tələbə və müəllimləri yayın istisində, qışın soyuğunda metrodan çıxıb universitetə gələnə qədər xeyli vaxt itirirlər, əziyyət çəkirlər: “Ona görə də, təklif irəli sürdük ki, metronun çıxışlarından biri universitetin qarşısında olsun. Artıq işlər başa çatmaq üzrədir".
Sevil