3 Dekabr 2022 20:29
223
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son sutkada 544 nəfər vaksinasiya olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 190, ikinci doza vaksinlərin sayı 145 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 181-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 28 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 923 821 olub.


Müəllif: Teleqraf.com