Baş Prokurorluq qadınlara qarşı zorakılıq halları ilə bağlı ictimaiyyətə videomüraciət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun feysbuk səhifəsində məlumat verilib.
Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru, birinci dərəcəli hüquqşünas Aynur Əfəndiyeva qadınlara qarşı psixi və fiziki zorakılığın sağlam cəmiyyət üçün təhdid olaraq qaldığını deyib.
O bildirib ki, 2022-ci ilin ön dövrü ərzində baş vermiş qəsdən adam öldürmə cinayətləri nəticəsində 79 qadın zərər çəkib.
"Qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə susmaqdır. Susaraq cinayətə ortaq olmayın! Qadına qarşı zorakılıq halları ilə üzləşdikdə dərhal hüquq-mühafizə orqanlarına müraciət etməyiniz tövsiyə olunur", - deyə müraciətdə qeyd olunub.