2 Yanvar 2023 13:01
399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayram günləri - 31 dekabr və 1 yanvar tarixlərində ölkə ərazisində DİN-in “102 Zəng Mərkəzi”nə vətəndaşlardan – jurnalistlərdən, ictimaiyyət nümayəndələrindən daxil olan 176 məlumat üzrə polis əməkdaşları çevik müdaxilə ediblər.

Teleqraf.com DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, vaxtında edilən hüquqi müdaxilə nəticəsində faktın hadisəyə çevrilməsinin qarşısı alınıb.

Əsasən sərxoş vəziyyətdə ictimai qaydaya və ictimai təhlükəsizliyə xələl gətirən şəxslər əməllərindən çəkindirilib, onlar barəsində həbs növündə olmayan digər profilaktik tədbirlər görülüb.

Nazirlik qeyd olunanları nəzərə alaraq, təhlükəsizliyi həyat tərzinə çevirən, vaxtında məlumatlandırmanı təmin edən vətəndaşlara təşəkkür edir.


Müəllif: Teleqraf.com