Hazırda Fazil Mustafanın vəziyyəti yaxşıya doğru gedir. Yaxın günlərdə xəstəxanadan evə buraxılacaq.
Bu sözləri Teleqraf.com-a açıqlamasında terror hücumuna məruz qalan deputat Fazil Mustafanın köməkçisi Əjdər Əliyev deyib.
O, qanaxmanın davam etdiyi barədə yayılan məlumatlara da aydınlıq gətirib:
"Tamamilə həqiqətə uyğun olmayan məlumatdır. İkinci əməliyyatdan sonra səhhətində heç bir problem olmayıb, özünü çox yaxşı hiss edir. Deyilən fikirlərin hamısı şayiədir, bəlkə də bədxah insanların uydurmasıdır. Həkimlərin fikri bundan ibarətdir ki, bir neçə gün sonra Fazil bəy evinə buraxılacaq".