Heç kəsin bizimlə təhdid dilində danışa bilməz.
Teleqraf.com xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov xidməti müşavirə zamanı deyib.
Azərbaycan Ordusunun uğurlu əməliyyatlarını həzm edə bilməyənlər tərəfindən səsləndirilən fikirləri şərh edən müdafiə naziri heç kəsin bizimlə təhdid dilində danışa bilməyəcəyini vurğulayaraq terrorizmi və işğalçılıq siyasətini dəstəkləyən bəzi ölkələrin hərbiçilərinin şər-böhtan xarakterli ittihamlarının qəbuledilməz və cəfəngiyyat olduğunu bildirib.