22 May 2023 21:36
433
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi “Meta” Avropa İttifaqının (Aİ) fərdi məlumatların qorunması qanununu pozaraq, istifadəçi məlumatlarını ABŞ-a göndərdiyi aşkar edilərək 1,3 milyard dollar rekord həcmdə cərimələnib.

Teleqraf.com xəbər verir ki, məlumatı İrlandiya Məlumatların Mühafizəsi Komissiyası açıqlayıb.

İrlandiya Məlumatların Mühafizəsi Komissiyasının qərarı nəticəsində “Meta” 5 ay ərzində ABŞ-a istənilən şəxsi məlumat ötürülməsini dayandırmalı və 6 ay ərzində məlumatların işlənməsi fəaliyyətini komissiyanın qaydalarına uyğunlaşdırmalıdır.

“Meta” isə bu vəziyyətin şirkətin məxfilik tətbiqləri ilə əlaqəli olmadığını, ABŞ və Aİ arasında gizlilik hüquqları çərçivəsində fundamental hüquqi ziddiyyətdən qaynaqlandığını ifadə edib.

Bəyanatda qərarın “ədalətsiz” və “lazımsız” olduğu və “təhlükəli presedent” yaradacağı bildirilib.

Həmçinin qərardan şikayət veriləcəyi və Avropada “Facebook”un istifadəsində axsama olmayacağı da vurğulanıb.

Avropa Məlumatların Qorunması Şurasının (EDPB) bəyanatına görə, “Meta”ya tətbiq edilən cəza Ümumi Məlumatların Qorunması Qaydası çərçivəsində 16 İyul 2020-ci ildən bəri tətbiq edilən ən böyük cəzadır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər