6 İyun 2023 13:35
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təbəssüm Yarat” komandası bu dəfə Lənkəranın ucqar dağ kəndi Diryana səfər edib.

Teleqraf.com xəbər verir ki, komanda dağlıq kəndin köhnə məktəbində təhsil alan 125 şagirdi sevindirib.

Yardımsevər insanlardan toplanan ianələrlə kənd məktəbliləri çanta və məktəb ləvazimatları, ayaqqabı, köynək kimi geyimlərlə təmin edilib.

Xatırladaq ki, “Təbəssüm Yarat” kənd məktəblərinə yardım kampaniyasını ilk dəfə 2017-ci ilin aprel ayında təşkil edib. Kənd məktəblilərinə yardım kampaniyası 5 il ərzində Azərbaycanın müxtəlif ucqar rayonunda – Daşkəsən, Ağdam, Ağcabədi, Astara Quba, Lerik, Şəki, Tovuz, Gəncə və Lənkaranda baş tutub.

20-yə yaxın könüllünün fəaliyyət göstərdiyi təşkilatın məqsədi yardımsevər insanlar tərəfindən gələn ianə hesabına ucqar dağ kəndində təhsil almağa çalışan şagirdlərin tədris həyatına dəstək vermək, onları sevindirmək, təhsilə və idmana maraq yaratmaqdır. Əgər siz də bu yardım kampaniyalarına dəstək olmaq istəyirsinizsə, “Təbəssüm yarat” komandasının sosial media hesablarına müraciət edə bilərsiniz.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər