14 İyul 2023 10:25
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə islahatlar davam etdiriləcək.

Teleqraf.com xəbər verir ki, bunu bu gün "Femida" Dialoq Platformasında Sahibkarlarla görüş adlı tədbirdə Ali Məhkəmənin sədri İnam Kərimov deyib.

Onun sözlərinə görə, Ali Məhkəmə məhkəmə islahatlarının mərkəzində yer alır: "Son islahatlar çərçivəsində Ali Məhkəmə tərəfindən digər orqanlarla birgə təhlillər apararaq qabaqcıl beynəlxalq təcrübə öyrənilib.

Nəticədə vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmələrin və hakimlərin sosial təminatının gücləndirilməsi və digər məsələlərlə bağlı bir çox normativ aktlar qəbul edilib.

İslahatlar bununla yekunlaşmır. Qarşıda hələ də görüləcək işlər var və bundan sonra da islahatlar davam etdiriləcək. Cənab Prezidentin dediyi kimi, məhkəmə islahatlarının başlanğıcı var, sonu yoxdur".

Ali Məhkəmənin sədri bildirib ki, ölkəmizdə məhkəmə sistemində davamlı islahatlar aparılır, ancaq sahibkarları narahat edən, dövrümüzün tələblərinə uyğun olaraq gündəlik təcrübədə rastlaşdıqları ətinliklər hələ də mövcuddur:

"Buna görə də sizlərlə dialoq aparırıq. Dialoq isə daimi olmalıdır. Ali Məhkəmə olaraq biz hər zaman dialoqa və üzərimizə düşənləri etməyə hazırıq. O məsələlər ki, dövlətə və məhkəmə hakimiyyətinə aiddir və fundamental əhəmiyyət daşıyır, məsələn - məhkəmə orqanlarının səmərəliliyin gücləndirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və mübahisələrin alternativ həlli institutlarının yaradılması, bu istiqamətdə də dövlət öz üzərinə düşənləri edir və bundan sonra da edəcək. Bildiyiniz kimi, qanunvericiliyə edilən son dəyişikliklərlə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırmaq vəzifəsi təsbit edilmişdir. Vahid məhkəmə təcrübəsi ölkənin hüquq sistemi üçün, eləcə də sahibkarlar üçün böyük əhəmiyyətə malikdir. Belə ki, bu təcrübə hüquqi müəyyənliyi təmin etməklə mübahisələrin məhkəmədən kənar həllinə, eləcə də ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına töhfə verir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər