"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Türkiyənin "Yeditepe" Universitetinin təşkilatçığı, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə ölkəmizin ali təhsil müəssisələrində təhsil alan şəhid övladları üçün Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən "Yeditepe" Universitetində Yay Düşərgəsi təşkil olunub.
Teleqraf.com xəbər verir ki, düşərgə ərzində seçdikləri ixtisaslara uyğun müxtəlif təlimlərə qatılan tələbə şəhid övladları dünən Türkiyənin məşhur "DasDas" və Ehtiyac xəritəsi" sosial layihələri ilə tanış oldular və həmçinin "DasDas" layihəsinin rəqəmsal muzeyini ziyarət ediblər.
Bu gün “İstək” Vakfının və “Yeddi Təpə” universitetinin fəxri Başkanı Bedrəddin Dalan tələbə şəhid övladları ilə görüşərək,birlikdə nahar süfrəsində öz fikirlərini bölüşdülər.
Görüşün sonunda “Zəfər” İB-nin sədri Sevinc Alızadə Universitetin fəxri qurucusuna Qarabağ zəfərindən bəhs edən kitablar hədiyyə edərək,səmimi dəvət üçün təşəkkürünü bildirdi.