Ötən il ərzində Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə 198325 və ya əvvəlki illə müqayisədə 7,65 % çox zəng daxil olub.
Nazirliyin analitik-informasiya şöbəsindən Teleqraf.com-a verilən verilən məlumata görə, canlı əlaqə zamanı 190553 müraciət cavablandırılıb ki, onlar da 13,57 %-i qeydiyyat, 11,96 %-i vergi növləri, 10,84 %-i elektron xidmətlər, 10,72 %-i asan imza, 7,11 %-i hesabatlar (bəyannamə və arayışlar) və onların doldurulma qaydaları, 5,83 %-i əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi, 3,46 %-i vergi ödəyicisinə göndərilmiş mesajlar, 3,30 %-i büdcə ilə hesablaşmalar barədə olub.
Daxil olmuş müraciətlərin 5021-i barədə araşdırma aparılması üçün müraciət vərəqəsi tərtib edilmiş, həmin müraciətlər orta hesabla 2,4 gün ərzində cavablandırılıb.
Hesabat dövründə vergi ödəyiciləri tərəfindən 16930 dəfə vergi borcu, 8460 dəfə vergi növləri barədə məlumat əldə etmək üçün səsli menyu xidmətindən istifadə edilmişdir. Vergi ödəyicilərinə 2296678, o cümlədən 10006 səsli mesaj göndərilib.
Vergi ödəyicilərinin 195 Çağrı Mərkəzinin xidmətindən razı qalma səviyyəsi 95,3 faiz olub.
İl ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 3 milyon 633 min 992 daxilolma qeydə alınıb.
Naibə QURBANOVA