20 Oktyabr 2023 09:34
347
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 20-si saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub, şimşək çaxıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, gecə saatlarında Gədəbəyin yüksək dağlıq ərazilərində və Şahdağda qar yağıb.

Səhər saatlarından yağıntılar kəsilib.

Düşən yağıntının miqdarı Şamaxıda 10 mm, Qobustan, Şahbuz, Şərurda 9 mm, Orubadda 8 mm, Culfada 7 mm, Şahdağda 6 mm, Yardımlı, Lənkəran, Lerik, Biləsuvar, Cəfərxan, Zaqatala, Astara, Qax, Quba, Qusar, Xaltan, Gədəbəy, Sədərək, Neftçala, Altıağac, Balakən, Qrız, Qəbələ, Mingəçevir, Ağdam, Ağsu, Oğuz, Şəki, Tərtər, Gəncə, Daşkəsən, Gədəbəy, Şəmkir, Yevlax, Göyçay, Göygöl, Tovuz, Beyləqan, İmişli, Kürdəmir, Naftalanda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.

Şahdağda 3 sm qar örtüyü əmələ gəlib.

Sumqayıt, Şərur, Göygöl, Göyçay, Yevlax, Cəfərxan, Şəmkir, Qax, Balakən, Altıağac, Şamaxı, Qusar, Qrız, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.

Şimal-qərb küləyi arabir Mingəçevirdə 23 m/s, Tərtər, Naftalanda 18 m/s, Bakıda və Abşeron yarımadasında isə 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər