Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət polkovniki Aqşin Kazımovun rəhbərliyi ilə Xidmətin əməkdaşlarından ibarət növbəti qrupun Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.
Teleqraf.com xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil edilmiş ekskursiyada əməkdaşlara Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Ekskursiya zamanı əməkdaşlar Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət ediblər. Ziyarətçilər orada Ümummilli Liderin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla, Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar.