“Hesabat dövründə qeydə alınmış cinayətlər ötən illə müqayisədə ümumilikdə 6,1%, hərbi xidmət əleyhinə olan cinayətlər isə 24,2% azalıb".
Teleqraf.com xəbər verir ki, bu barədə hərbi prokuror Xanlar Vəliyev ötən ilin yekunlarına dair keçirilən kollegiya iclasında deyib.
Eyni zamanda 2022-ci illə müqayisədə 2023-cü ildə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 40 %, öünü öldürmə həddinə çatdırma cinayətləri 9,1 %, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 12,9 %, əmri icra etməmə cinayətləri 66,7 %, hərbi xidmətdən yayınma cinayətləri 33,7 %, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 37,9 %; Maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 26,1% və xuliqanlıq cinayətləri 16,7 % azalıb.