Vətəndaşlara qarşı qeyri-etik hərəkətlər edən yeniyetmə xəstəxanaya yerləşdirilib.
Teleqraf.com xəbər verir ki bu barədə DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
O bildirib ki, yetkinlik yaşına çatmayan şəxs A.C valideyni ilə birgə polis idarəsinə dəvət olunaraq araşdırılıb:
"Valideynin iştirakı ilə onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub".
***
13:52
Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxsin hərəkətləri müzakirələrə səbəb olub.
Teleqraf.com xəbər verir ki, sonuncu dəfə paytaxtın mərkəzində yaşlı qadını qucağına alaraq onu narahat etməsi ilə gündəmə gələn yeniyetmə Azərbaycanın dövlət və siyasi xadimi Afiyəddin Cəlilovun nəvəsidir.
Paytaxtın Səbail rayon sakini olan Əli-Afiyəddin Nihad oğlu Cəlilov sosial şəbəkələrdə “Jalilov” adlı profillə tanınır. Babasının adını daşıyan yeniyetmənin atası Nihad Cəlilov isə Bakıda tanınmış biznes adamlarından sayılır. “Armada Distrubition” şirkətinin rəhbəri olan Nihad Cəlilov Bakı bulvarı ərazisində iaşə obyektinə də sahibdir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məsələ ilə bağlı oxu.az-a bildirib ki, sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxsin hərəkətləri ilə bağlı görüntülər araşdırılır.
O onun sözlərinə görə, əvvəllər də həmin şəxslə bağlı müvafiq tədbirlər görülməsinə baxmayaraq, o, hərəkətlərini davam etdirir. Həmin şəxslə bağlı əlavə tədbirlər görüləcək.