18 Mart 17:20
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində könüllülük hərəkatını inkişaf etdirmək, o cümlədən əhaliyə zəruri yardım və dəstək göstərməyə hazır olan könüllüləri formalaşdırmaq məqsədilə həyata keçirilən “Fövqəladə hallar könüllüləri” proqramının təlimləri başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə könüllülərlə keçirilən görüşdə Fövqəladə Hallar Nazirliyi sistemində könüllü fəaliyyətin təşkili və həyata keçirilməsi ilə bağlı yaradılmış işçi qrupunun sədri polkovnik Cəlil Quliyev məlumat verib. O, qeyd edib ki, 2023-cü ilin oktyabr ayından fəaliyyətə başlayan proqram çərçivəsində könüllülər fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi, müxtəlif ekstremal situasiyalarda davranış qaydaları, o cümlədən ilk yardım və ilkin psixoloji yardım göstərilməsi, yanğından mühafizə, mülki müdafiə, müvafiq infrastrukturun qurulması və s. mövzularda həm nəzəri, həm də praktik təlimlərə cəlb olunublar.

Təlimlər çərçivəsində proqram iştirakçıları Nazirliyin müvafiq qurumlarında fövqəladə hallar zamanı tətbiq edilən avadanlıqlarla yaxından tanış olaraq, istifadə qaydalarını mənimsəmək imkanı da əldə ediblər.


Müəllif: Teleqraf.com