26 Mart 17:23
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyanda 1957-ci il təvəllüdlü rayon sakini Süleymanov Hüseyn İsrafil oğlu itkin düşüb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, H.Süleymanovun boyu 170 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman onun üzərində qara rəngli gödəkcə, boz rəngli köynək, göy rəngli şalvar və qara rəngli ayaqqabı olub.

"Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Salyan Rayon Polis Şöbəsinə (055-323-98-24) nömrəsinə məlumat vermələri xahiş olunur", - məlumatda qeyd olunub.


Müəllif: Teleqraf.com