ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi xalqımızı Ramazan bayramı münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsində məlumat paylaşılıb.
“Ramazan bayramı münasibətilə sizlərə ən xoş arzularımı və təbriklərimi çatdırıram. Qoy bu bayramı qeyd edən hər kəs dostluq, firavanlıq, cansağlığı və əmin-amanlıq içində yaşasın. Bayramınız mübarək!”, - paylaşımda qeyd edilib.