18 Aprel 14:09
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi İctimaiyyətlə Əlaqələr və Mətbuat müşaviri kontr-admiral Zeki Aktürk keçirdiyi brifinqdə danışıb.

Onun sözlərinə görə, Mərkəzin fəaliyyətinin dayandırılması istiqamətində Azərbaycan və Rusiya ilə koordinasiyalı qaydada iş aparılır:

“Digər tərəfdən, Türkiyə Cümhuriyyəti və Rusiya Federasiyası arasında imzalanan Memorandum əsasında Qarabağ bölgəsində atəşkəsə nəzarət və anlaşma şərtlərinin pozulmasının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Ağdamda açılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılmasına yönəlik Azərbaycan və Rusiya ilə koordinasiyalı qaydada iş aparılır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər