1 İyun 12:37
406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşa Real Məktəbi ali və orta ixtisas səviyyəsində fəaliyyət göstərəcək təhsil müəssisəsi olacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, planlamaya görə, burada tədris 2026-cı ilin sentyabrında başlayacaq: "Məktəbdə təhsil istiqaməti əsasən incəsənət və mədəniyyət ixtisasları üzrə olacaq. Bura ümumi təhsil müəssisəsi formasında deyil, ali və orta ixtisas səviyyəsində fəaliyyət göstərən təhsil müəssisəsi olacaq".

E.Əmrullayevın sözlərinə görə, burada ali təhsil istiqamətində peşəkar kadr hazırlığı həyata keçiriləcək:

"Şuşadakı bütün təhsil nüəssisələrinin, o cümlədən bu məktəbin bu və ya digər formada Qarabağ Universiteti ilə əlaqəsi olacaq. Filial və ya kollec formasında da ola bilər. Qarabağ Universitetinin fıaliyyətini qaydaya saldıqdan sonra daha çox məlumat verə biləcəyik”.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər